CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Məhkəmə Qubad İbadoğlu barədə həbs qətimkan tədbiri seçib

Bu gün məhkəmə qarşısına çıxarılan Qubad İbadoğlu barəsində Cinayət Məcəlləsinin 204.3.1 maddəsi ilə ittiham irəli sürülüb.
Sputnik
BAKI, 24 iyul — Sputnik. Dünən saxlanılan Qubad İbadoğlu barəsində həbs qətimkan tədbiri seçilib.
Nərimanov rayon məhkəməsində hakim Vüsal Qurbanovun sədrliyi ilə keçirilən prosesdə müstəntiqin verdiyi vəsatət təmin edilib və Qubad İbadoğlu barəsində 3 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
Qubad İbadoğluya Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham verilib və o təqsirləndirilən şəxs qismində cəlb edilib.
***
Ötən gün saxlanılan Qubad İbadoğlu məhkəməyə gətirilib.
Nərimanov rayon Məhkəməsinə gətirilən Qubad İbadoğlu barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı müstəntiqin vəsatətinə baxılacaq.
Onun vəkili Zibeydə Sadıqova bildirib ki, Qubad İbadoğlu barəsində Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham verilib və təqsirləndirilən şəxs qismində cəlb edilib.
Qeyd edək ki, Qubad İbadoğlu ötən gün Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirib ki, Daxili İşlər Nazirliyi Türkiyə Respublikasının Daxili İşlər Nazirliyindən daxil olan məlumat əsasında ölkəmizdə FETÖ ilə əlaqəli olan şəxslərə qarşı əməliyyat tədbirləri keçirib.
Tədbirlərlə saxlanılan 5 nəfərdən biri Q.İbadoğlu ilə əlaqəsinin olması barədə ifadə vermişdir. Həmin ifadə əsasında Q.İbadoğlunun ofisində axtarış aparılıb, iş üzrə zəruri əhəmiyyət kəsb edən sənədlər aşkarlanmış və Q.İbadoğlu saxlanılıb (APA).
Xatırladaq ki, ötən gün Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu daxil olmuş müraciətlə əlaqədar vəkili Zibeydə Sadıqova ilə birgə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.