BAKI, 24 iyul — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə "taxıl sazişinə"nə dair gözlənilən danışıqları Nazirlər kabinetinin iclasında müzakirə etmək niyyətindədir. Bu barədə "Hürriyet" qəzeti mənbələrə istinadən xəbər verir.
Bundan əvvəl Ərdoğan jurnalistlərə açıqlamasında yaxın gələcəkdə Putinlə "taxıl sazişi" üzrə danışıqlara ümid etdiyini bildirib. Türkiyə lideri Putinin avqustda Türkiyəyə planlaşdırılan səfərini də açıqlayıb, onun sözlərinə görə, səfər iki lider arasında müzakirə olunub.
"Prezident Ərdoğanın ötən həftə İstanbulda Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşdən sonra diqqət taxıl dəhlizi prosesinə yönəldi. Bildirilir ki, prezident Ərdoğan Nazirlər Kabineti ilə iclasının əsas mövzularından biri taxıl dəhlizi sazişinin uzadılması ilə bağlı Rusiya prezidenti Vladimir Putinlə danışıqlar olacaq", - nəşr yazır.
Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bildirib ki, Türkiyədən Rusiyaya gedən Ukrayna gəmisində tapılan partlayıcı maddələrin izləri ilə bağlı Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında təmas planlaşdırılmır.
"İndi Putinlə Ərdoğan arasında hələlik heç bir əlaqə yoxdur. Baxmayaraq ki, bunu istisna etmək olmaz", - Peskov bildirib.
Bundan əvvəl Kerç boğazı vasitəsilə Türkiyədən Rusiyaya üzən quru yük gəmisinin göyərtəsində partlayıcı maddələrin izlərinin tapıldığı bildirilirdi.
Taxıl sazişi iyulun 18-də dayandırılıb, Rusiya Federasiyası Türkiyə, Ukrayna və BMT-yə onun uzadılmasına qarşı olması barədəməlumat verib. Rusiya prezidenti Vladimir Putin əvvəllər qeyd edib ki, BMT-nin səylərinə baxmayaraq, Rusiya ilə razılaşmanın şərtləri yerinə yetirilməyib, çünki Qərb ölkələri vədlərinə əməl etmək niyyətində deyillər. Putin dəfələrlə qeyd edib ki, Qərb Ukrayna taxılının böyük hissəsini öz dövlətlərinə ixrac edib və sövdələşmənin əsas məqsədi - ehtiyacı olan ölkələrə, o cümlədən Afrika ölkələrinə taxıl tədarükü heç vaxt həyata keçirilməyib.
Rusiya Müdafiə Nazirliyi bildirib ki, Qara Dəniz Taxıl Təşəbbüsü fəaliyyətini dayandırdıqdan və dəniz humanitar dəhlizi bağlandıqdan sonra 20 iyul 2023-cü il gecə yarısından Qara dənizdə Ukrayna limanlarına üzən bütün gəmilər potensial hərbi yük daşıyıcıları kimi nəzərdən keçiriləcək və Ukrayna münaqişəsində Kiyev rejiminin tərəfində iştirak etmiş hesab olunacaqlar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.