HADİSƏ

Bakıda iki sərnişin avtobusu toqquşub, xəsarət alanlar var

Bu gün saat 09:25 radələrində Xocasən şosesinin Binəqədi rayonu ərazisindən keçən hissəsində iki sərnişin avtobusu toqquşub.
Sputnik
BAKI, 24 iyul — Sputnik. Bakıda iki sərnişin avtobusu toqquşub, xəsarət alanlar var.
Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.
Qeyd olunub ki, bu gün saat 09:25 radələrində Xocasən şosesinin Binəqədi rayonu ərazisindən keçən hissəsində iki sərnişin avtobusu toqquşub.
"İsuzu" markalı avtobus eyni istiqamətdə qarşıda sərnişin mindirmək üçün dayanan eynimarkalı avtobusa çırpılıb. Hadisə nəticəsində 4 nəfər xəsarət alıb, ölüm və ağır xəsarət halı qeydə alınmayıb.
Hazırda faktla bağlı araşdırma aparılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.