BAKI, 24 iyul — Sputnik. Cənubi Afrika prezidenti Siril Ramafosa Rusiya-Afrika sammitində iştirakından Ukrayna üzrə Afrika liderlərinin əvvəllər təqdim etdiyi sülh təşəbbüsünü irəli sürmək üçün istifadə edəcək. Bu barədə "Financial Times" adı açıqlanmayan Cənubi Afrika rəsmilərinə istinadən yazır.
Daha əvvəl görüşün təşkilinə yaxın mənbə RİA Novosti-yə bildirib ki, Afrika Sülh Təşəbbüsü iştirakçıları iyulun 28-də Sankt-Peterburqda Rusiya prezidenti Vladimir Putinlə görüşə ümid edirlər.
"Cənubi Afrika prezidenti sammitdəki iştirakından onun və digər üç Afrika prezidentinin keçən ay Kiyev və Moskvaya səfərləri zamanı açıqladığı sülh planını irəli sürmək üçün istifadə edəcək", - Cənubi Afrika rəsmiləri Financial Times-a bildiriblər.
İyun ayında Putin Sankt-Peterburqda Cənubi Afrika prezidenti Siril Ramafosa, Seneqal prezidenti Maki Sall, Komor adalarının prezidenti Otman Qəzali və Zambiya prezidenti Hakainde Hiçilemanın da daxil olduğu Afrika liderlərindən ibarət nümayəndə heyəti ilə görüşüb. Nümayəndə heyəti Vladimir Zelenski ilə görüşdən sonra Kiyevdən Sankt-Peterburqa gəlib.
On bənddən ibarət olan Ukrayna böhranının həlli üzrə Afrika təşəbbüsü təqdim olunub. Onlar təhlükəsizlik təminatlarına, taxılın Qara dənizdən sərbəst keçidinə , hərbi əsirlərin azad edilməsinə və danışıqların tez bir vatxda başlamasını özündə əks etdirir.
İyulun 27-28-də "Rusiya-Afrika" ikinci sammiti və iqtisadi forumu keçiriləcək. RİA Novosti tədbirin media tərəfdaşıdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.