RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Muzdluların Xüsusi Hərbi Əməliyyat zonasında əhəmiyyətli itkiləri var - Putin

Rusiya Prezidenti bildirib ki, əsgərlərini cəbhəyə göndərən ölkələrin vətəndaşları nə baş verdiyini bilməlidirlər.
Sputnik
BAKI, 23 iyul - Sputnik. Rusiya Prezidenti Vladimir Putin bildirib ki, xarici muzdlular öz axmaqlıqlarına görə Ukraynada Xüsusi Hərbi Əməliyyat (XHƏ) zonasında itki verirlər. Bu barədə “İzvestiya” Teleqram kanalı məlumat yayıb.
Dövlət başçısı qeyd edib ki, əsgərlərini cəbhəyə göndərən ölkələrin vətəndaşları nə baş verdiyini bilməlidirlər.
Bundan əvvəl Vladimir Putin Ukrayna Silahlı Qüvvələrinin (USQ) hücumunun uğursuz olduğunu bildirib.
Putin və Lukaşenko arasında danışıqlar Sankt-Peterburqda Konstantinovski sarayında başlayıb.
Belarus liderinin mətbuat xidməti daha əvvəl bildirib ki, danışıqların gündəliyi müəyyən edilib və dövlət başçıları bir çox məsələləri müzakirə edəcəklər. Onların arasında təhlükəsizlik, beynəlxalq gündəm, iqtisadi əməkdaşlıq, qeyri-qanuni sanksiyalar təzyiqinə qarşı mübarizə var.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.