"Müasir dublyaj studiyası olsa belə, xarici film nümayəndələri kontentin təhlükəsizliyini qorumaq məqsədilə Azərbaycan dilində nümayişə yalnız premyeradan 6 həftə sonra icazə verirlər. Premium kinoteatr olaraq bizim əsas məqsədlərimizdən biri filmləri izləyicilərə dünya premyerası ilə eyni gündə təqdim etməkdir. Bu səbəbdən filmlər studiyanın təqdim etdiyi dillərdə (İngiliscə, rusca və türkcə) nümayiş olunur. Əlavə olaraq qeyd edə bilərik ki, filmləri Azərbaycan dilində altyazı (subtitr) ilə izləmək imkanı var".
"Onların üzərində hər-hansı bir dəyişiklik etmək kinoteatr olaraq səlahiyyətlərimizə daxil deyil. Alt yazılar kinoteatrlarda nümayiş olunan bütün filmlərdə olmalıdır. Bu, bir başa olaraq Mədəniyyət Nazirliyinin bizə olan göstərişidir. Əlbətdə ki, filmləri öz doğma dilimizdə nümayiş etdirməyi daha çox istərdik. Bunu nəzərə alaraq yerli filmlərə repertuarımızda daha çox yer veririk ki, izləyicilər həm Azərbaycan dilində filmləri izləyə bilsinlər, həm də yerli kinematoqrafiyanın inkişafına dəstək olsunlar", - deyə departament rəhbəri bildirib.
"Bizdə isə hər şey tezbazar həll olunur. Gecə filmi tərcüməçiyə verirlər. Tərcüməçi onu tezbazar tərcümə edir, səhər aktyorlara təqdim edilir. Onlar da yola verirlər. Ona görə də xeyli xətalar olur. Baxırsan ki, filmdə başqa mövzudan danışılır, bizim dublyajımızda isə tamam başqa şeydən söhbət gedir".