BAKI, 23 iyul - Sputnik. Avropa Parlamentinin deputatı Mik Uolles öz Twitter səhifəsində Avropa İttifaqının BMT ilə razılaşdırılmış vədləri yerinə yetirmədiyini, Afrikaya Avropa ölkələrindən daha az taxıl göndərdiyini, eyni zamanda Rusiyanı taxıl sazişindən çıxmasını qınadığını bildirib.
“Rusiya Federasiyasının Qara Dəniz Taxıl Təşəbbüsünün müddətinin uzadılmasından imtinası Aİ tərəfindən qınanır, lakin nə üçün Aİ BMT-nin razılaşdırdığı kimi kənd təsərrüfatı məhsullarına ixrac sanksiyalarının qarşısını almayıb?”, – deyə deputat soruşub.
Bundan əlavə, Uolles bildirib ki, niyə Afrika Ukrayna taxılının yalnız 12%-ni, zəngin Avropa ölkələri isə 40%-ni alıb.
İyulun 22-də "Bloomberg" xəbər verib ki, dünyada ərzaq təhlükəsizliyinə təhdidlər artmağa başlayıb. Agentlik qeyd edib ki, isti hava şəraiti, qlobal təchizat zəncirlərinin pozulması və Ukraynadakı münaqişə ərzaq təhlükəsizliyinin məhvinə gətirib çıxara bilər ki, bu da ərzaq qiymətlərinin kəskin artmasına səbəb ola bilər.
Bundan əvvəl britaniyalı alimlər rekord istilər səbəbindən ərzaq təhlükəsizliyinə qlobal təhlükə barədə məlumat vermişdilər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.