BAKI, 22 iyul - Sputnik. İtaliyada tennis topu böyüklüyündə dolu yağması nəticəsində azı 110 nəfər xəsarət alıb.
Xarici mətbuatın yazdığına görə, İtaliyanın şimalında baş verən hadisə zamanı diametri 10 sm-ə çatan dolu yağıb.
Mülki müdafiə bölmələri evlərinə ziyan dəyməsi və xəsarət almaları ilə bağlı 500 müraciətə dərhal cavab veriblər.
Bu arada fırtına zamanı velosiped sürən 53 yaşlı kişi dünyasını dəyişib.