HADİSƏ

Şamaxıda 18 yaşlı sürücü qəza törədib, ölən və xəsarət alanlar var

Faktla bağlı cinayət işi başlayıb.
Sputnik
BAKI, 22 iyul - Sputnik. Şamaxı-Çöl Göylər-Padar avtomobil yolunda hərəkətdə olan “Mercedes” markalı avtomobilin sürücüsü, 2005-ci il təvəllüdlü Sabirabad rayon sakini Fərhad Quliyevin idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yolun kənarına aşıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, xəsarət alan F.Quliyev və avtomobildə olan üç sərnişin Sabirabad rayon mərkəzi xəstəxanasına çatdırılsa da, göstərilən tibbi müdaxilələrə baxmayaraq sürücü orada vəfat edib.
Faktla bağlı cinayət işi başlanılıb.
***
Şamaxıda ölümlə nəticələnən yol qəzası olub.
APA xəbər verir ki, 2005-ci il təvəllüdlü Fərhad Quliyev idarə etdiyi "Mercedes" markalı avtomobillə idarəetməni itirərək qəza törədib.
Nəticədə sürücü ölüb, avtomobildə olan 3 nəfər xəsarət alıb.
Faktla bağlı cinayət işi başlayıb.