HƏRBİ

RİA Novosti-nin hərbi müxbiri öldürülüb

Agentliyin daha bir hərbi müxbiri Konstantin Mixalçevski müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Sputnik
BAKI, 22 iyul - Sputnik. Rusiyanın RİA Novosti agentliyinin hərbi müxbiri Rostislav Juravlev Ukraynada müharibə zonasında öldürülüb.
Bu gün Zaporojya vilayətinin Vasilyevka şəhərindən Vladimirovka yaşayış məntəqəsinə gedən avtomobilin atəşə tutulması nəticəsində RİA Novosti-nin müharibə müxbiri Rostislav Juravlev ölüb, agentliyin daha bir hərbi müxbiri Konstantin Mixalçevski müxtəlif dərəcəli bədən xəsarətləri alıb.