PAYTAXT XƏBƏRLƏRİ

Bakıda yol qəzasında iki qardaş ölüb, yaralananlar var

Yaralı sərnişinlər - 2008-ci il təvəllüdlü Cəfərov Vüsal Niyaz oğlu və həmyaşıdı Kərəmli Kənan Emin oğlu Sabunçu Tibb Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilib.
Sputnik
BAKI, 22 iyul - Sputnik. Bakının Suraxanı rayonunda ağır yol qəzası olub.
APA xəbər verir ki, hadisə Zığ şossesində qeydə alınıb.
Belə ki, 2003-cü il təvəllüdlü Gərayov Ceyhun Zamiq oğlu idarə etdiyi avtomobildə sükana nəzarəti itirib. İdarəetmədən çıxan maşın dirəyə çırpılıb.
Hadisə nəticəsində C.Gərayov və onun qardaşı Gərayov Coşqun Zamiq oğlu ölüblər.
Yaralı sərnişinlər - 2008-ci il təvəllüdlü Cəfərov Vüsal Niyaz oğlu və həmyaşıdı Kərəmli Kənan Emin oğlu Sabunçu Tibb Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilib.