RUSİYA

Sosial media və ənənəvi KİV-lər mənə məsələlərdən xəbərdar olmağa kömək edir - Prezident

Dövlət başçısı qeyd edib ki, cəmiyyətdə narahatlıq doğuran məsələlərlə bağlı dərhal müvafiq qurumlar və şəxslərlə təmas qurur.
Sputnik
BAKI, 21 iyul - Sputnik. Həm sosial media, həm ənənəvi KİV-lər mənə kömək edir ki, məsələlərdən xəbərdar olum və dərhal onlara reaksiya verim.
Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında söyləyib.
Ona görə gələcək fəaliyyətində də mediadan istifadə edəcəyini bildirən dövlət başçısı qeyd edib:
“Mən, əlbəttə, istədiyim qədər fəal deyiləm, çünki məşğulam. Ancaq müəyyən narahatlıq doğuran, cəmiyyətdə narahatlıq doğuran məsələlərə gəldikdə, mən dərhal təmasdayam. Mənim ailəm də mənimlə təmasdadır, qohumlarım təmasdadır və belə görüşlər də çox vacibdir”.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.