BAKI, 21 iyul — Sputnik. Rusiya Federasiyası xüsusi hərbi əməliyyatı qələbə ilə başa vurmalı və şəhərləri azad etməlidir ki, ukraynalılar həqiqəti öyrənsinlər.
Bunu Rusiya şahmatçısı Sergey Karyakin "RİA Novosti"yə müsahibəsində deyib.
"Zombilik (Ukraynada), əlbəttə ki, mövcuddur. İnsanların qulaqları illər boyu müəyyən nələrləsə doldurulursa, əksəriyyət bunun təsiri altına düşür. İnsanların əslində nə baş verdiyini və hər şeyin onlara deyildiyi kimi olmadığını anlamaları üçün vaxt lazımdır. Amma bu, dərhal baş verməyəcək. Bir daha qeyd edirəm ki, burada qələbə və şəhərlərin azad edilməsi lazımdır ki, insanlar başa düşsünlər", - deyə Karyakin bildirib.
Qeyd edək ki, Krımda anadan olan Karyakin 2022-ci ildə açıq şəkildə XHƏ-yə dəstək verib. Bundan sonra Beynəlxalq Şahmat Federasiyası (FIDE) idmançını altı ay müddətinə idmandan kənarlaşdırıb. Buna görə rusiyalı şahmat ustası dünya tacına iddiaçıların yay turnirini buraxıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.