AZƏRBAYCAN XƏBƏRLƏRİ

Prezident: "Biz Cənubi Qafqazda vəziyyəti sabitləşdirməli, dayanıqlı sülhə nail olmalıyıq"

İlham Əliyev Forumda çıxışında regionda Ankaranın sabitləşdirici rol oynadığını vurğulayıb.
Sputnik
BAKI, 21 iyul — Sputnik. "Şuşa şəhəri bizim cəsarətimizin rəmzidir".
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev "4-cü Sənaye İnqilabı dövründə Yeni Media" mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında bildirib.
Şuşa artıq bir neçə beynəlxalq tədbirin – "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalının, Vaqif Poeziya Günlərinin və digər tədbirlərin keçirildiyini vurğulayan dövlətimizin başçısı deyib ki, işğal dövründə məqsədli şəkildə dağıdılmasına baxmayaraq, bu şəhər öz kimliyini qoruya bilib.
Prezident həmçinin qeyd edib ki, Cənubi Qafqazda vəziyyəti sabitləşdirməlilidir: "Biz Cənubi Qafqazda vəziyyəti sabitləşdirməliyik, dayanıqlı sülhə nail olmalıyıq, təhlükəsizlik təmin edilməlidir. Gələcəkdə burada həm qlobal məsələlərdə, xüsusilə bizim regionda Türkiyənin rolu çox önəmlidir və vacibdir".
Ankaranın sabitləşdirici rol oynadığını vurğulayan dövlətimizin başçısı deyib: "Türkiyənin siyasəti regional təhlükəsizliyi və regional sabitliyi inkişafı təmin etməkdir. Bu rol həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda çox yüksək qiymətləndirilir".
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Prezident İlham Əliyev Şuşada Qlobal Media Forumunda çıxış edib - VİDEO