CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Natəvan Babayeva dəfn olunub

Türkiyəyə getmək istəyərkən hava limanında halı pisləşmiş teleaparıcı xəstəxanaya yerləşdirilmişdi.
Sputnik
BAKI, 21 iyul — Sputnik. Xəbər verdiyimiz kimi, tanınmış aparıcı Natəvan Babayeva uzun sürən xəstəlikdən sonra iyulun 20-si vəfat edib.
Sputnik Azərbaycan-ın məlumatına görə, mərhum aparıcı bu gün Salyan rayonunun Parça Xələc kəndində torpağa tapşırılıb.
Qeyd edək ki, Natəvan Babayeva uzun müddətdir onkoloji xəstəlikdən əziyyət çəkirdi. Onun bir neçə gün öncə müalicə üçün Türkiyəyə getmək istəyərkən hava limanında halı pisləşmiş, bu səbəbdən xəstəxanaya yerləşdirilmişdi.
Xatırladaq ki, Natəvan Babayeva AzTV-dən öncə uzun illər ANS televiziyasının aparıcısı olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.