BAKI, 21 iyul — Sputnik. İyulun 23-də Rusiya Prezidenti Vladimir Putin Rusiyaya işgüzar səfərə gedəcək Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşəcək.
Kremlin mətbuat xidməti bu barədə xəbər verib.
"İyulun 23-də Rusiya Prezidenti Vladimir Putin Rusiyaya işgüzar səfərə gedəcək Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko ilə görüşəcək. Rusiya-Belarus strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin, eləcə də İttifaq dövləti çərçivəsində inteqrasiya əməkdaşlığının gələcək inkişafının aktual məsələləri müzakirə olunacaq", - məlumatda belə deyilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.