RUSİYA

Lavrov yenidən "Qara materik"də

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bir müddət əvvəl bildirmişdi ki, prezident Vladimir Putin BRİKS sammitində videokonfrans formatında iştirak etmək qərarına gəlib.
Sputnik
BAKI, 21 iyul — Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrov BRİKS ölkələrindən olan həmkarları ilə assosiasiyanın Cənubi Afrikada keçiriləcək sammitinə hazırlığı müzakirə edib. Bu barədə Rusiya XİN məlumat yayıb.
"İyulun 20-də Rusiya Federasiyasının Xarici İşlər Naziri BRİKS ölkələrinin XİN rəhbərlərinin videokonfrans formatında fövqəladə iclasında iştirak edib. Avqustun 22-24-də Yohannesburqda keçiriləcək BRİKS-in XV sammitinə hazırlığın aktual məsələləri müzakirə edilib", - nazirlikdən bildirilib.
Qeyd olunub ki, nazirlər həmçinin beşliyin strateji tərəfdaşlığının inkişafı və möhkəmləndirilməsi, o cümlədən assosiasiyanın institusional inkişafı planları ətrafında fikir mübadiləsi aparıblar.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bir müddət əvvəl bildirmişdi ki, prezident Vladimir Putin BRİKS sammitində videokonfrans formatında iştirak etmək qərarına gəlib və bu, tam hüquqlu iştirak olacaq və Rusiya xarici işlər naziri Sergey Lavrov toplantıda iştirak edəcək.
RUSİYA
Rusiya BRİKS sammitində Lavrovun təmsilçiliyi qərarını özü verib