AZƏRBAYCAN XƏBƏRLƏRİ

Hava şəraiti dəyişəcək - Xəbərdaqlıq!

Yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.
Sputnik
BAKI, 21 iyul — Sputnik. Bakıda və Abşeron yarımadasında iyulun 22-si və 24-də şimal-qərb küləyinin 15-18 m/s, 24-də yarımadanın bəzi yerlərində arabir 20-25 m/s-dək güclənəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Azərbaycanın rayonlarında iyulun 21-24-də əsasən gündüz saatlarında bəzi şimal və qərb rayonlarında arabir yağış yağacağı gözlənilir.
Yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.
Şərq küləyi bəzi yerlərdə arabir 18-23 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.