SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan lideri Cənubi Qafqazın inkişafının nədən asılı olduğunu açıqlayıb

Prezident bildirib ki, bütün beynəlxalq təşkilatlar başa düşür ki, bu həllər beynəlxalq hüquqa əsaslanmalıdır.
Sputnik
BAKI, 21 iyul — Sputnik. "Hər dəfə Qarabağa və Şərqi Zəngəzura gələndə ilk növbədə hiss etdiyim qürur hissidir. Çünki xalqımla, ordumuzla, qəhrəmanlarımızla fəxr etməmək mümkün deyil".
Sputnik Azərbaycan xəbər verir ki, bu fikri iyulun 21-də Azərbaycan Prezidenti İlham Əliyev "4-cü Sənaye İnqilabı dövründə Yeni Media" mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında deyib.
Vətən müharibəsinin qəhrəman əsgər və zabitlərimizin, xalqımızın vətənpərvərliyini bir daha nümayiş etdirdiyini vurğulayan Azərbaycan Prezidenti deyib: "Bütün bunlar xalqımızı bir daha hətta hər birimizə tanıtdı, malik olmasını bir daha göstərdi, ilk növbədə hər birimizə və bütün dünyaya".
Azərbaycan insanının yüksək mənəvi keyfiyyətlərə malik olduğunu vurğulayan Prezident qeyd edib ki, əslində, regional inkişaf, Azərbaycanla Ermənistan arasında münasibətlərin yaxşılaşmasından asılıdır:
"Bilirsiniz, - Cənubi Qafqazı nəzərdə tuturam, - əsasən Azərbaycanla Ermənistan arasında münasibətlərin yaxşılaşmasından asılıdır. Hazırda bir sıra beynəlxalq təşkilatlar bizə qarşılıqlı qəbul olunacaq həlli tapmaqda yardım etməyə çalışırlar. Təəssüf, bu günədək gördüklərimiz odur ki, bütün beynəlxalq təşkilatlar başa düşür ki, bu həllər beynəlxalq hüquqa əsaslanmalıdır. İkinci Qarabağ müharibəsindən indiyədək təxminən üç il keçib. Biz getdikcə daha çox birbaşa bəyanatlar eşidirik ki, Qarabağ Azərbaycanın hissəsidir. İşğal dövründə belə bəyanatlar olsaydı, çox güman ki, İkinci Qarabağ müharibəsi başlamazdı".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
SİYASƏT
Bu Bəyannamə Rusiya-Azərbaycan münasibətlərinin yeni mərhələsidir - İlham Əliyev