DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Alimlər əkiz doğulan uşaqların sayında artım müşahidə ediblər

Tədqiqatçıların fikrincə, bu hal ona görə baş verir ki, həkimlər süni mayalanma zamanı hamiləlik şansını artırmaq üçün ana bətninə bir neçə embrion yerləşdirirlər.
Sputnik
BAKI, 21 iyul — Sputnik. Alimlər müəyyən ediblər ki, dünya statistikasında əkiz doğulan uşaqların sayı ötən əsrə nisbətən 30 faiz artıb.
AZƏRTAC İsveçin Karolinska İnstitutunda aparılan tədqiqata istinadla xəbər verir ki, alimlər bu artımın başlıca səbəbi olaraq süni mayalanmanı göstəriblər.
Tədqiqatçıların fikrincə, bu hal ona görə baş verir ki, həkimlər süni mayalanma zamanı hamiləlik şansını artırmaq üçün ana bətninə bir neçə embrion yerləşdirirlər.
Bətnə yerləşdirilən embrionların çox olması əkiz uşaq dünyaya gəlməsi ehtimalını 20 dəfəyədək artırır. Digər bir səbəb isə müasir dövrdə gənc ailələrin nisbətən gec uşaq dünyaya gətirməsi ilə bağlıdır, belə ki, yaş artdıqca əkiz uşaq dünyaya gəlməsi ehtimalı da artır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.