RUSİYA

ABŞ Avropanın mövqelərinin zəifləməsi məntiqi ilə hərəkət edir - Putin

Rusiya lideri deyib ki, belə bir siyasətin Amerika xalqının həqiqi, fundamental maraqlarına uyğun olub-olmaması böyük və ritorik sualdır.
Sputnik
BAKI, 21 iyul — Sputnik. ABŞ Avropanın mövqeyinin zəifləməsi və Ukrayna münaqişəsinin uzaqlaşdırılması məntiqi ilə hərəkət edir.
Bunu Rusiya Prezidenti Vladimir Putin bildirib.
"Həm avropalılar, həm də Avropa elitasının nümayəndələri görürlər ki, Ukraynaya qondarma dəstək Avropanın maraqlarından uzaq, xarici maraqlara - Avropanın zəifləməsindən faydalanan xaricdəki qlobal hegemonun maraqlarına xidmət edir. Bu hegemon, həm də Ukrayna münaqişəsinin sonsuz uzanmasından faydalanır", - deyə Putin Rusiya Federasiyası Təhlükəsizlik Şurasının üzvləri ilə görüşündə söyləyib.
"Real həyatda baş verənlərə baxsaq, bu gün ABŞ-ın hakim elitaları məhz bunu edirlər. Hər halda, onlar bu məntiqlə hərəkət edirlər. Belə bir siyasətin Amerika xalqının həqiqi, fundamental maraqlarına uyğun olub-olmaması böyük sualdır, ritorik sualdır, qoy, özləri qərar versinlər", - deyə o əlavə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.