RUSİYA

Zaxarovadan Rusiya, Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü barədə açıqlama

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi jurnalistlərin suallarını cavablandırıb.
Sputnik
BAKI, 20 iyul — Sputnik. Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskvada Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması üzrə görüşünün təşkili ehtimalı çox yüksəkdir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə jurnalistlərə deyib.

"Mənə elə gəlir ki, şanslar çox yüksəkdir və hazırda belə bir görüş üzərində işləyən ekspertlərdən tarixlərə dair konkret faktura əldə edən kimi biz onu mütləq sizinlə bölüşəcəyik", - deyə Zaxarova bildirib.

Bu yaxınlarda Rusiya diplomatik idarəsindən bildirilib ki, Rusiya yaxın vaxtlarda Moskvada Rusiya Federasiyası, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Bakı və İrəvan arasında sülh müqaviləsi mövzusunu müzakirə etmək üçün üçtərəfli görüşünü, ardınca isə üçtərəfli sammit təşkil etməyə hazırdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.