BAKI, 20 iyul — Sputnik. Türkiyə ordusunun son bir həftədə ölkə daxilində və sərhədyanı bölgələrdə keçirdiyi əməliyyatlar nəticəsində 35 terrorçu zərərsizləşdirilib.
Bunu Türkiyə Milli Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə əlaqələr üzrə müşaviri Zəki Aktürk nazirlikdə keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Türkiyə Silahlı Qüvvələri PKK/PYD-YPG, FETÖ və İŞİD terror qruplaşmaları başda olmaqla istənilən təhdid və təhlükəyə qarşı mübarizəni davam etdirir.
Z.Aktürk bildirib ki, bu il ərazində 848 terrorçu zərərsizləşdirilib:
"2015-ci il iyulun 24-dən bu günə qədər məhv edilən terrorçuların sayı 38 191-a çatıb".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.