DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini qaldırdı

Qurumun yaydığı məlumata görə, inflyasiyanın azaldılması üçün sərt pul siyasətinin davam etdirilməsinə qərar verilib.
Sputnik
BAKI, 20 iyul — Sputnik. Bu gün Türkiyə Mərkəzi Bankı faiz qərarını açılayıb. Qərara görə, uçot dərəcəsi 2,5 faiz bəndi artırılaraq 15%-dən 17,5%-ə qaldırılıb.
Bazarlar uçot dərəcəsinin 5 faiz bəndi artırılaraq 20%-ə çatdırılacağını proqnozlaşdırırdı.
Türkiyə Mərkəzi Bankının yaydığı məlumata görə, inflyasiyanın azaldılması üçün sərt pul siyasətinin davam etdirilməsinə qərar verilib.
Ortamüddətli inflyasiya hədəfinin 5 faiz olduğu vurğulanıb, inflyasiya proqnozunda nəzərəçarpacaq yaxşılaşma əldə olunana qədər faizin artırılmasının davam etdiriləcəyi, zərurət yarandıqda mərhələli şəkildə gücləndiriləcəyi bildirilib.
Xatırladaq ki, uçot dərəcəsi bu il iyunun 22-də 8,5%-dən 15%-ə çatdırılıb.
Onu da əlavə edək ki, dünən Tukiyədə dollar və avro bahalaşaraq yeni rekord vurub. Türkiyədə dolların məzənnəsi 26,77 lirəni keçərək yeni rekord səviyyəyə çatıb. Avronun məzənnəsi də 30 lirə səviyyəsini keçərək yeni rekord vurub.
"Taxıl sazişi" ətrafında yaranmış vəziyyət fonunda Türkiyə valyutası tarixi minimumu yeniləyib və 1 dollar üçün 26,31 lirə təşkil edib.
Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov "Taxıl sazişi"nin müddətinin başa çatdığını və sənədin vaxtının uzadılmadığını deyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.