RUSİYA

Rusiya və Çin meşə kompleksi sahəsində əməkdaşlığı artırmaq niyyətindədir

Meşə-sənaye kompleksində Rusiya-Çin əməkdaşlığının inkişafına dair dəyirmi masada tədarük zəncirlərinin yenidən qurulması və yeni nəqliyyat dəhlizlərinin inkişafı məsələlərinə toxunulub.
Sputnik
BAKI, 20 iyul — Sputnik. Rusiya və Çin meşə ehtiyatlarının inkişafı və dərin emalı sahəsində əməkdaşlığı artıracaqlar.
Rusiya Federasiyasının Sənaye və Ticarət Nazirliyinin bəyanatında belə deyilir.
"Rusiya tərəfi dövlətlərimizin başçılarının strateji rəhbərliyi altında həyata keçirilən və müsbət irəliləyiş əldə edən meşə kompleksi sahəsində Çinlə əməkdaşlığa xüsusi əhəmiyyət verir. Biz meşə ehtiyatlarının mənimsənilməsi və istifadəsi sahəsində razılaşmaların həyata keçirilməsində, əməkdaşlığın genişləndirilməsi və ağacın dərin emalı üzrə birgə layihələrin həyata keçirilməsində maraqlıyıq", - deyə Rusiya Federasiyasının Sənaye və Ticarət Nazirinin müavini Oleq Boçarov Çin Xalq Respublikasının kommersiya nazirinin müavini Lin Tszin ilə görüşdən sonra qeyd edib.
Görüş meşə ehtiyatlarının mənimsənilməsi və istifadəsi üzrə daimi Rusiya-Çin işçi qrupunun iclası çərçivəsində baş tutub.
Ümumilikdə, görüş zamanı meşə sənayesi sahəsində ticarət və investisiya siyasətinin gücləndirilməsi, regionlararası əməkdaşlığın dəstəklənməsi, işgüzar mühitin yaxşılaşdırılması, təchizat zəncirində əməkdaşlığın dərinləşdirilməsi, yaşıl və karbon transformasiyasının sürətləndirilməsi və iqlim dəyişikliyinə fəal reaksiya verilməsi, ikitərəfli əməkdaşlığın sağlam və davamlı inkişafına kömək kimi məsələlər müzakirə olunub.
Meşə-sənaye kompleksində Rusiya-Çin əməkdaşlığının inkişafına dair dəyirmi masa da keçirilib. Burada tədarük zəncirlərinin yenidən qurulması və yeni nəqliyyat dəhlizlərinin inkişafı məsələlərinə toxunulub, həmçinin meşə-sənaye kompleksi sahəsində beş perspektivli layihə təqdim edilib.
"Hesab edirəm ki, ağacın dərindən emalı üzrə investisiya layihələrinin hazırlanması və həyata keçirilməsi istiqamətində gələcək əməkdaşlıq ölkələrimizin iqtisadi inkişafına əhəmiyyətli töhfələr verəcək və Rusiya-Çin münasibətlərini möhkəmləndirəcək. Bu cür müəssisələr üçün mövcud Rusiya qanunvericiliyi çərçivəsində əməkdaşlıq üçün əlverişli şəraitinin yaradılmasına köməklik göstəriləcək", - deyə Boçarov əlavə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.