RUSİYA

Rusiya bu günə qədər 21 milyon tondan çox taxıl yığıb – Patruşev

Nazir əlverişli hava şəraitini nəzərə alaraq cari mövsümdə Rusiyada ən azı 123 milyon ton taxıl yığılacağına ümid edir.
Sputnik
BAKI, 20 iyul — Sputnik. Rusiya bu günə qədər 21 milyon tondan çox taxıl yığıb. Bunu Rusiyanın Kənd Təsərrüfatı Naziri Dmitri Patruşev Prezidentin Rusiya Federasiyası hökumətinin üzvləri ilə görüşü zamanı bəyan edib.

"Məhsul yığımı bizdə aktiv mərhələyə qədəm qoyub və Rusiya Federasiyasının 35 subyektində aparılır... 21 milyon tondan çox taxıl yığılıb", - deyə Patruşev bildirib.

Bundan başqa, 200 min tona yaxın kartof və 242 min ton tərəvəz yığılıb, yeni regionlarda fəal yığım kampaniyası aparılır.
Nazirin sözlərinə görə, artıq orada 700 min tona yaxın taxıl üyüdülüb.
"Beləliklə, mövsümi sahə işləri, ümumiyyətlə, kifayət qədər müntəzəm olaraq aparılır. Əlverişli hava şəraitində əsas məhsullar üçün layiqli bir məhsul yığımına ümid edirik, xüsusən də, ən azı 123 milyon ton taxıl gözləyirik", - deyən Patruşev, bu məhsulu nəzərə alaraq Rusiya Federasiyasının xarici ticarət potensialının, təxminən, 55 milyon ton qiymətləndirildiyini söyləyib.
İyulun əvvəlindəna nazir qeyd edib ki, bu il Rusiya Federasiyasında taxıl yığımı ilə bağlı proqnoz hələ ki, 123 milyon ton, o cümlədən 78 milyon ton buğda təşkil edir. Lakin məhsul yığımı zamanı bu rəqəm artım səviyyəsinə uyğunlaşdırıla bilər. Kənd təsərrüfatı nazirliyində onu da qeyd ediblər ki, bir sıra kənd təsərrüfatı bitkiləri üzrə cari məhsul yığımı və məhsuldarlıq ötən ilin səviyyəsindən çoxdur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.