RUSİYA

Rusiya BRİKS sammitində Lavrovun təmsilçiliyi qərarını özü verib

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bir müddət əvvəl bildirmişdi ki, prezident Vladimir Putin BRİKS sammitində videokonfrans formatında iştirak etmək qərarına gəlib.
Sputnik
BAKI, 20 iyul — Sputnik. Rusiya xarici işlər naziri Sergey Lavrovun yüksək səviyyəli tədbirlərdə iştirakı mexanizmi dəfələrlə istifadə olunub, Rusiya bundan bu il Yohannesburqda keçiriləcək BRİKS sammiti kontekstində istifadə etmək qərarına gəlib. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bir müddət əvvəl bildirmişdi ki, prezident Vladimir Putin BRİKS sammitində videokonfrans formatında iştirak etmək qərarına gəlib və bu, tam hüquqlu iştirak olacaq və Rusiya xarici işlər naziri Sergey Lavrov toplantıda iştirak edəcək.
"Siz yaxşı bilirsiniz ki, belə sxemdən dəfələrlə istifadə olunub, məsələn, prezident azılı və ya video formatda müraciət edəndə ya xarici işlər naziri, ya da başqa qurumun nümayəndəsi sammitdə fiziki olaraq iştirak edib. Bu, bizdə dəfələrlə istifadə olunan sxemdir", - Zaxarova brifinqdə bildirib.
"Ölkəni kimin təmsil edəcəyini ölkə özü müəyyənləşdirir. Nə qəzetlər, nə politoloqlar, nə də başqaları. Ölkənin özü belə qərar verir, bizim ölkə belə qərar verib. Mənim bu haqda əlavə məlumatım yoxdur. Bir daha qeyd etmək istəyirəm ki, sammitlərdə iştirak və iştirakla bağlı belə sxemlər dəfələrlə olub və onlar çoxlu sayda müxtəlif səbəblərlə bağlı olub", - Zaxarova vurğulayıb.
"Bu mənada hər hansı ntriqa və sair axtarmağa ehtiyac yoxdur, mən başa düşürəm ki, yazmağa çox şey var, hansısa anda bu mediada isterikaya çevrilir, amma biz özümüzə qayıtmalıyıq", -deyə Zaxarova fikrini yekunlaşdırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.