RUSİYA

Lavrov BRİKS XİN rəhbərlərinin iclasında videobağlantı vasitəsilə iştirak edəcək

BRİKS Xarici İşlər Nazirlərinin fövqəladə iclasının iştirakçıları strateji tərəfdaşlığın gücləndirilməsini, o cümlədən onun institusional inkişafı məsələlərini müzakirə edəcəklər.
Sputnik
BAKI, 20 iyul — Sputnik. İyulun 20-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov videobağlantı vasitəsilə BRİKS Xarici İşlər Nazirlərinin fövqəladə iclasında iştirak edəcək. İştirakçılar Cənubi Afrikada keçiriləcək sammitə hazırlığı müzakirə edəcəklər. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu barədə bildirib.

"Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri iyulun 20-də BRİKS Xarici İşlər Nazirlərinin videokonfrans vasitəsilə fövqəladə iclasında iştirak edəcək. İştirakçılar strateji tərəfdaşlığın gücləndirilməsini, o cümlədən onun institusional inkişafı məsələlərini müzakirə edəcəklər. Qarşıdan gələn - 22-24 avqust 15-ci beşlik sammitinə hazırlıqlara xüsusi diqqət yetiriləcək", - deyə Zaxarova brifinqdə bildirib.

Qeyd edək ki, BRİKS sammiti Yohannesburqda keçiriləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.