RUSİYA

Kremldən xarici jurnalistlərin Rusiya vətəndaşı olmaq istəyinə reaksiya

Rusiya Federasiyası Prezidentinin mətbuat katibi bildirib ki, Kreml çox uzun müddətdir Rusiyanın yeni bölgələrində fəaliyyət göstərən digər əcnəbi jurnalistlərə kömək etməyə hazırdır.
Sputnik
BAKI, 20 iyul — Sputnik. Kreml xarici jurnalistlərin Rusiya vətəndaşlığı ilə bağlı müraciətlərinə baxmağa hazırdır. Bunu jurnalistlərə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Bir gün əvvəl "Rusiya – Fürsətlər ölkəsi" muxtar qeyri-kommersiya təşkilatının Müşahidə Şurasının iclası zamanı Fransanın müharibə müxbiri Kristel Nean Donbassdakı hadisələri işıqlandıran bir çox qərb jurnalistinin Rusiya vətəndaşlığını almaq arzusunda olduğunu bildirib.
"Əlbəttə, prezident dedi ki, o, həm Kristelə Neana, həm də Rusiyanın yeni bölgələrində yaşayan və çox uzun müddətdir fəaliyyət östərən digər əcnəbi jurnalistlərə kömək etməyə hazırdır", - Peskov deyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.