BAKI, 20 iyul - Sputnik. 17 iyul - 20 iyul 2023-cü il tarixlərində Adıgey Respublikasının İxraca Dəstək Mərkəzi sahibkarların Azərbaycanda səfərdə olub. Adıgey şirkətlərinin ölkəmizə gəlişində məqsəd azərbaycanlı həmkarları ilə müxtəlif istehsal sahələrində: qida, tikinti, ağac emalı sahələrində əməkdaşlıq etmək olub.
Adıgey İxraca Dəstək Mərkəzinin baş mütəxəssisi Murad Delokun Sputnik Azərbaycan-a verdiyi məlumata görə, Azərbaycan və Adıgey Respublikası arasında ticarət dövriyyəsi 2022-ci ildə ötən illə müqayisədə iki dəfə artıb.
"Əməkdaşlığın əsas prioritet istiqamətləri aqrar-sənaye və ağac emalı sənayesidir. Tərəflər həmçinin maşınqayırma və məişət kimyası sahələrində əlaqələri inkişaf etdirməyi qarşıya məqsəd qoyublar", - deyə Delok bildirib.
Adıgey rəsmisi onu da bildirib ki, ölkəmizi təmsil edən sahibkarlıq subyektləri Rusiyanın bu bölgəsində istehsal olunan məhsullara böyük maraq göztərir:
"Azərbaycanın iri distribütorları Bakıda keçirilən “Interfood Azerbaijan 2023” sərgisində iştirak edən Adıgey istehsalçılarının məhsullarına maraq göstərib", - deyə rusiyalı qonaq bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.