BAKI, 20 iyul - Sputnik. 2023-cü ilin yanvar-iyun aylarının yekunlarına görə, Azərbaycan Gürcüstandan mal idxal edən ölkələrin ilk üçlüyünə daxil olub. Belə ki, Gürcüstan Milli Statistika İdarəsinin hesabatına görə, ölkənin ixracının 413,3 milyon dolları Azərbaycanın payına düşüb.
Hesabatda bu ilin yanvar-iyun aylarında Gürcüstan mallarının Azərbaycana ixracının 44% artdığı göstərilir.
Beləliklə, Gürcüstanın ümumi ixracında Azərbaycanın payı 13,5% təşkil edib. Agentliyin məlumatına görə, qeyd olunan dövrdə Gürcüstandan ilk üç idxalçı sırasına Ermənistan (440 milyon dollar) və Rusiya (343,9 milyon dollar) daxildir.
Eyni zamanda, Azərbaycan Gürcüstana ixracı 8,1% azalıb və 318 milyon dollardan bir qədər artıq olub. İlin birinci yarısında Gürcüstan idxalının strukturunda Azərbaycanın payı 4,4% təşkil edib.
Ümumilikdə yanvar-iyun aylarında Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsi 731,4 milyon dollara çatıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.