"Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Azərbaycan tərəfindən təklif olunan “Ağdam-Xankəndi” yolunun yüklərin daşınması üçün vacib olduğu fikrinə məhəl qoymayan Ermənistan tərəfinin hər vəchlə bu yoldan imtina etməsi bölgədə “gərgin humanitar vəziyyət” iddiasının əsassız olduğunu və Ermənistan Azərbaycan ərazisində qeyri-qanuni fəaliyyəti davam etdirmək niyyətini sübut edir".
"Azərbaycanlılara qarşı kütləvi qırğınlar və deportasiyalar həyata keçirən Ermənistandan fərqli olaraq, Azərbaycan heç zaman erməni sakinlərə qarşı etnik təmizləmə siyasəti həyata keçirməyib. Qarabağı Azərbaycan ərazisi kimi tanıyan Ermənistan baş naziri, erməni sakinlərin Azərbaycana reinteqrasiyasını təşviq etmək əvəzinə, dialoqun hansı formada həyata keçirilməsinə dair şərtlər irəli sürməsi, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı addım kimi qiymətləndirilir və qəbuledilməzdir".
"Azərbaycan tərəfi yuxarıda qeyd edilən istiqamətlər üzrə Ermənistan ilə sülh prosesinin təşəbbüskarı kimi, bölgədə sülh, sabitlik və təhlükəsizliyin bərqərar olmasında maraqlıdır və danışıqlar prosesində fəal tərəfdir. Ermənistan tərəfi sülhdə maraqlıdırsa, sülh prosesinə maneçilik törədən səylərdən əl çəkməlidir", - deyə sənəddə bildirilir.