RUSİYA

Rusiya ABŞ-la danışıqlar aparmır və daxildə gərginlik yoxdur - Zaxarova

Rusiya tərəfi keçmiş ABŞ rəsmilərinin aprel ayında Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Ukrayna ilə bağlı gizli danışıqlar apardığına dair iddiaları təkzib etmişdi.
Sputnik
BAKI, 19 iyul — Sputnik. Moskva və Vaşinqton arasında Ukrayna ilə bağlı iddia edilən danışıqlara, o cümlədən Rusiyanı daxildən sarsıtmağa yönəlmiş saxta xəbərlər yayılmağa davam edəcək. Bunu çərşənbə günü Birinci Kanalın efirində Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
Bundan əvvəl Rusiya tərəfi keçmiş ABŞ rəsmilərinin aprel ayında Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Ukrayna ilə bağlı gizli danışıqlar apardığına dair iddiaları təkzib etmişdi.
"Lavrov ABŞ mediasında göstərildiyi kimi Ukrayna ilə bağlı razılaşmalar üzrə heç bir danışıqlar aparmayıb. Bunlar saxta məlumatlardır, məqsədli şəkildə yayılır. Bu mövzu məhz bizi içəridən də sarsıtmaq üçün daim gündəmdə olacaq", - Zaxarova bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.