SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

"Uşaq hüquqları haqqında" yeni qanun hazırlanıb

Bahar Muradova qeyd edib ki, yaxın vaxtlarda layihə aidiyyəti orqanlarla razılaşdırılaraq Milli Məclisə və yuxarı instansiyalara təqdim olunacaq.
Sputnik
BAKI, 19 iyul — Sputnik. "Uşaq hüquqları haqqında" yeni qanun layihəsi üzərində iş başa çatıb.
Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 2023-cü ilin ilk 6 aylıq fəaliyyətinə həsr olunmuş brifinqdə deyib.
O qeyd edib ki, yaxın vaxtlarda layihə aidiyyəti orqanlarla razılaşdırılaraq Milli Məclisə və yuxarı instansiyalara təqdim olunacaq.
Qeyd edək ki, "Uşaq hüquqları haqqında" yeni qanun Prezident İlham Əliyevin 9 iyun 2023-cü il tarixli Sərəncamı ilə Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı"na uyğun olaraq hazırlanıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.