BAKI, 19 iyul — Sputnik. Rusiyadan olan baytarlar və zoologiya könüllüləri iki həftə ərzində azərbaycanlı mütəxəssislər üçün heyvan xəstəliklərinin diaqnostikası və müalicəsi üzrə müasir metodlara dair treninqlər keçirəcəklər.
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətindən bildiriblər ki, onlar, həmçinin sığınacaq və ev heyvanlarına baxılması üzrə yerli qeyri-kommersiya təşkilatlarının könüllüləri üçün mühazirələr oxuyacaq. Ekspertlər 400-dən çox itin və 100 pişiyin olduğu sığınacaqlarda heyvanlara yardım göstərilməsi qaydalarından bəhs edəcəklər.
Rusiyalı baytarlar
© Photo : Russian House in Baku
Qeyd edək ki, dünən "Xeyirxahlıq missiyası" beynəlxalq proqramı çərçivəsində Rusiya baytarları və könüllülərinin Azərbaycana səfərinin birinci günü başa çatıb.
Mütəxəssislər Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Baytarlıq Elmi-Tədqiqat İnstitutunun fəaliyyəti ilə tanış olub, Bakıdakı Rus evinə baş çəkib və "Good World Animal Rescue and Protection" qeyri-hökumət təşkilatının heyvan sığınacağında məsləhətləşmə aparıblar.
"Xeyirxahlıq missiyası" beynəlxalq proqramı "Rossotrudniçestvo" tərəfindən "Xeyirxah həkim" baytarlıq klinikası və Könüllülər Mərkəzləri Assosiasiyasının dəstəyi ilə təşkil edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.