BAKI, 19 iyul — Sputnik. İranın Səudiyyə Ərəbistanındakı yeni səfiri, İslam Respublikası Xarici İşlər Nazirliyinin Fars Körfəzi Departamentinin direktoru Əlirza Enayəti yaxın günlərdə İranın Ər-Riyaddakı nümayəndəliyinə gedəcək. Bu barədə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan bildirib.
2016-cı ildə bağlanan diplomatik missiyanın işinin bərpası 2023-cü il iyunun 6-da Çinin vasitəçiliyi ilə Səudiyyə Ərəbistanı və İranın Çinin vasitəçiliyi ilə müxtəlif sahələrdə diplomatik münasibətləri və əlaqələrin bərpası barədə razılığa gəlməsindən üç ay sonra baş tutub.
İki ölkə arasındakı diplomatik əlaqələrin kəsilməsinin səbəbi şiə ruhani lideri Nimr əl-Nimrin Səudiyyə Ərəbistanda edam edilməsinə reaksiya olaraq Krallığın İrandakı diplomatik nümayəndəliklərinə edilən hücumlar olub.
Hava nəqliyyatının bərpasını, rəsmi səfərləri, iqtisadiyyat və təhlükəsizlik sahəsində əməkdaşlığı nəzərdə tutan saziş aprel ayında iki ölkənin xarici işlər nazirləri tərəfindən imzalanıb. Bundan sonra İran Səid Ərəbistan kralı Salman bin Əbdüləziz bin Səuda Tehrana rəsmi səfərlə bağlı dəvət göndərib və İran prezidenti İbrahim Rəisi də Ər-Riyaddan eyni dəvət alıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.