PAYTAXT XƏBƏRLƏRİ

Penitensiar xidmət və DİN birgə əməliyyat keçirib: Məhkumun gizlətdiyi narkotik üzə çıxıb

Hal-hazırda Bakı istintaq təcridxanasında saxlanılan Əşrəfağa Əlizadənin Zabrat-1 qəsəbəsinin ərazisində gizlətdiyi narkotik vasitə - qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Sputnik
BAKI, 19 iyul - Sputnik. Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə Daxili İşlər Nazirliyi (DİN) narkotiklə bağlı birgə əməliyyat keçirib.
Birgə əməliyyat tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək həbs edilmiş və hal-hazırda Bakı istintaq təcridxanasında saxlanılan Əşrəfağa Azad oğlu Əlizadənin Sabunçu rayonu, Zabrat-1 qəsəbəsinin ərazisində gizlətdiyi ümumi çəkisi 482 qram olan narkotik vasitə - qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.