DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

KİV: Makron iyulun 20-də hökumətdə dəyişiklik edəcək

Nazirlər Kabinetinin tərkibində dəyişikliklər cümə axşamı günü açıqlanacaq.
Sputnik
BAKI, 19 iyul - Sputnik. Fransa prezidenti Emmanuel Makron iyulun 20-də Fransa hökumətində dəyişiklik edəcək.
APA xəbər verir ki, bu barədə Frans-Pres (AFP) dövlət başçısına yaxın mənbəyə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, Nazirlər Kabinetinin tərkibində dəyişikliklər cümə axşamı günü açıqlanacaq. Baş nazir Elizabet Born prezidentlə qarşıdan gələn dəyişiklikləri müzakirə etmək üçün Yelisey Sarayına gəlib.
BFMTV-nin iyulun 17-də verdiyi məlumata görə, Born hökumət başçısı postunu qoruyub saxlayacaq.