RUSİYA

Britaniya XİN taxış sazişi ilə bağlı Ərdoğana ümid edir

Britaniyalı nazir Rusiya Federasiyasının taxıl sazişinin ləğvi ilə ərzaq qıtlığı mövzusundan siyasi rıçaq kimi istifadə edəcəyindən şikayətlənib.
Sputnik
BAKI, 19 iyul — Sputnik. Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli Rusiyanın taxıl sazişinə qayıtmasını istəyir. O ümid edir ki, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Moskvanı Qara dəniz taxıl təşəbbüsünə qayıtmağa razı sala bilər. Bu barədə Kleverli Anadolu agentliyinə müsahibəsində deyib.
"Həqiqətən ümid edirəm ki, Ərdoğan Rusiya prezidentini qlobal ərzaq qıtlığına son qoymağa və taxıl qiymətlərini aşağı salmağa kömək edən Qara Dəniz Taxıl Təşəbbüsünün əhəmiyyətinə inandıra bilər." - deyə Kleverli bildirib.
Britaniyalı nazir Rusiya Federasiyasının taxıl sazişinin ləğvi ilə ərzaq qıtlığı mövzusundan siyasi rıçaq kimi istifadə edəcəyindən şikayətlənib.
"Top indi Rusiya tərəfindədir və biz onu taxıl təşəbbüsü üzərində işləməyə təşviq edirik" - Kleverli deyib.
Xatırladaq ki, iyulun 17-də Rusiya taxıl sazişində iştirakının dayandırdığını açıqlayıb. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Rusiya Türkiyə və Ukraynaya, eləcə də BMT Katibliyinə razılaşmanın uzadılmasına etiraz barədə məlumat verib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə Qara dəniz taxıl təşəbbüsü məsələsi ilə bağlı danışıqlar aparmaq niyyətində olduğunu bildirib.
Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən 2022-ci il iyulun 22-də imzalanan "Taxıl sazişi" Odessa da daxil olmaqla üç limandan Ukrayna taxılının, ərzaq və gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tutur. Bu təşəbbüs 2022-ci ilin noyabrında 120 gün, daha sonra isə iki dəfə iki ay müddətinə uzadılıb. Saziş 17 iyul tarixində başa çatıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.