BAKI, 19 iyul — Sputnik. Binəqədi rayonunun Biləcəri qəsəbəsində vətəndaşlardan toplanan zibil pulu kəskin artırılıb.
Bu barədə Trend-ə Biləcəri sakinləri məlumat veriblər.
Sakinlər bildirir ki, Biləcəri bələdiyyəsi tərəfindən toplanan zibil pulu bu aydan artırılıb. Belə ki, əvvəl hər evə görə 3 manat alınırdısa, indi 5 manat tələb olunur.
Qiymət artımı qərarının kim tərəfindən qəbul edildiyi və hansı səbəblərə görə dəyişidirliyi barədə isə sakinlərə heç bir məlumat verilməyib.
Məsələ ilə bağlı aidiyyəti qurumlarla əlaqə saxlama çalışsaq da, təəssüf ki, nə Biləcəri bələdiyyəsində, nə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində zənglərimizə cavab verən tapılmadı.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.