CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bahar Muradova: Ailə qurarkən psixoloji testin keçirilməsi vacibdir

"Mütləq şəkildə ailə quracaq şəxslərin psixoloji testdən keçirilməsi vacibdir. Bu, ailə qurarkən veriləcək testlər siyahısına əlavə edilməlidir, - deyə Dövlət Komitəsinin sədri vurğulayıb.
Sputnik
BAKI, 19 iyul — Sputnik. "Məişət zorakılığı, uşağın atılması kimi halların baş verməməsi üçün ailə qurarkən psixoloji testin keçirilməsi vacibdir".
Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova rəhbərlik etdiyi qurumun 2023-cü ilin ilk 6 aylıq fəaliyyətinə həsr olunmuş brifinqdə deyib.
"Biz nikahın xitamı ilə bağlı mövcud dövrdə təhlillər apardıq. Kifayət qədər məsələlər ortaya çıxdı. Mütləq şəkildə ailə quracaq şəxslərin psixoloji testdən keçirilməsi vacibdir. Bu, ailə qurarkən veriləcək testlər siyahısına əlavə edilməlidir. Sonradan məişət zorakılığı, uşağın atılması kimi halların baş verməməsi üçün bu addım atılmalıdır", - Dövlət Komitəsinin sədri vurğulayıb.