CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda məişət zorakılığı ilə mübarizə üçün mobil tətbiq yaradıla bilər

Bahar Muradova bildirib ki, qeyri-hökumət təşkilatları bununla bağlı təklif verib. Bu mobil tətbiqin yaradılması məsələsi diqqətimizdədir.
Sputnik
BAKI, 19 iyul — Sputnik. "Hələ ki, məişət zorakılığı ilə bağlı bütün ölkəni əhatə edəcək bir mobil tətbiq yoxdur".
Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova rəhbərlik etdiyi qurumun 2023-cü ilin ilk 6 aylıq fəaliyyətinə həsr olunmuş brifinqdə deyib.
O bildirib ki, qeyri-hökumət təşkilatları bununla bağlı təklif verib: "Bu mobil tətbiqin yaradılması məsələsi diqqətimizdədir. Düşünürəm ki, yaxın zamanlarda bununla bağlı tədbir görüləcək".
"Azərbaycan qız uşaqlarının ana bətnində məhv edilməsi üzrə artıq ilk sıralarda deyil"
Komitə sədri onu da əlavə edib ki, Azərbaycan qız uşaqlarının ana bətnində məhv edilməsi üzrə artıq ilk sıralarda deyil.
O bildirib ki, bu problemin aradan qaldırılması üçün zəruri tədbirlər görülür: “Ailənin planlaşdırılması məsələsi ilə bağlı gənc ailələrlə danışıqlar aparılır. Bu istiqamətdə qanun layihəsi hazırlanır. Layihə Milli Məclisinin gündəliyindədir. Həmin qanun qüvvəyə mindikdən sonra qadınlara reproduktiv yardımın verilməsinə zəmin yaradacaq. Hazırda isə aidiyyəti qurumlar bu məsələni ciddi nəzarətdə saxlayır, təhlillər aparılır və nəticələri müzakirə edirlər. Qızlara qarşı beyinlərdə mentallaşan yanlış düşüncələrlə, ayrı-seçkiliklə mübarizə davam edir".