DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Aİ-nin Belarusa qarşı yeni sanksiyaları gələn həftə razılaşdırıla bilər - KİV

İyulun 18-də Aİ ölkələrinin daimi nümayəndələrinin Brüsseldə keçirilən fövqəladə iclasında Belarusa qarşı sanksiyalar müzakirə edilib.
Sputnik
BAKI, 19 iyul — Sputnik. Aİ-nin Belarusa qarşı yeni sanksiyaları ilə bağlı sənəd gələn həftə razılaşdırıla bilər, Avropa Komissiyası mətn üzərində işləyir. Bu barədə "Financial Times" nəşri avropalı diplomatlara istinadən yazır.
Nəşr diplomatlara istinadən yazır ki, Avropa Komissiyası üzv ölkələrin nümayəndələri tərəfindən gələn həftə təsdiq oluna biləcək müvafiq mətnlər hazırlamalı olacaq.
Yüksək rütbəli Avropa rəsmisinin sözlərinə görə, Polşanın israr etdiyi kalium sanksiyaları hələlik yeni sanksiyalar paketinə daxil edilməyəcək. Lakin onun sözlərinə görə, Aİ bu mövzuya daha sonra qayıda bilər.
İyulun 18-də Aİ ölkələrinin daimi nümayəndələrinin Brüsseldə keçirilən fövqəladə iclasında Belarusa qarşı sanksiyalar müzakirə edilib. Polşa xəbər agentliyi PAP bildirib ki, tədbirlər paketi indiyədək qeyri-rəsmi şəkildə razılaşdırılıb. Aİ Belarusa hərbi texnika, silah, sursat, ikili təyinatlı mallar və təyyarə hissələrinin tədarükünə iqtisadi məhdudiyyətlər qoymağı planlaşdırır.
Bundan əvvəl yüksək səviyyəli avropalı mənbə bildirmişdi ki, Aİ xarici işlər nazirləri iyulun 20-də Brüsseldə keçiriləcək iclasda Belarusa qarşı yeni sanksiyalarla bağlı qərarlar qəbul etməyəcək, Belarusun özündəki vəziyyət və Ukraynada davam edən münaqişə səbəbindən yeni məhdudiyyətlər üzərində işləyəcəklər.