RUSİYA

Zelenski Qərb üçün zəhərli vasitəyə çevrilib - Zaxarova

Rusiya prezidenti Vladimir Putin hadisəni Kiyev rejiminin növbəti terror aktı kimi qiymətləndirib.
Sputnik
BAKI, 18 iyul — Sputnik. ABŞ-ın Kiyevdəki terror aktlarını inkar etmək cəhdləri Ukrayna prezidenti Vladimir Zelenskinin Qərb üçün "zəhərli" olduğunu deməyə əsas verir. Bu barədə çərşənbə axşamı Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova özünün Telegram kanalında yazıb.
"Ağ Ev Kiyev rejimi tərəfindən törədilən terror aktlarını açıq şəkildə inkar edəcək, silah tədarükü ilə terror aktları arasında bölgü xətti çəkəcək. Bu, əlbəttə ki, növbəti manipulyasiyadır. Amma başqa bir şey vacibdir - Zelenski Qərb üçün zəhərli hala gəlib", - diplomat qeyd edib.
İyulun 17-si gecə Ukraynaya məxsus iki pilotsuz təyyarə Krım körpüsünə hücum edib. Rusiya Federasiyasının İstintaq Komitəsi "Terror aktı" maddəsi ilə cinayət işi açıb. Hücum nəticəsində iki nəfər ölüb, bir nəfər isə yaralanıb. Körpüdə nəqliyyatın hərəkəti dayandırılıb.
Rusiya prezidenti Vladimir Putin hadisəni Kiyev rejiminin növbəti terror aktı kimi qiymətləndirib. O, bunun hərbi nöqteyi-nəzərdən cinayət olduğuna diqqət çəkib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.