BAKI, 18 iyul — Sputnik. Rusiya ərazisindəki Milli Təhlükəli Asteroidlərdən Müdafiə Sistemi onun trayektoriyasını müşahidə və hesablama vasitələrindən ibarət olmalıdır ki, təcili xidmətlər əhalini potensial təhlükəli rayonlardan təcili təxliyə edə bilsinlər.
Bu barədə "RİA Novosti"yə Rusiya Elmlər Akademiyasının Tətbiqi Astronomiya İnstitutunun böyük elmi işçisi Nikolay Jeleznyov məlumat verib.
"Ümummilli səviyyəyə gəlincə, əgər təhlükəli obyekt aşkar edilərsə, o zaman avtomatik rejimdə dərhal onun trayektoriyasını hesablaya, düşə biləcəyi ərazini müəyyən edə bilərsiniz. Əgər bu, Rusiya ərazisində baş verərsə, o zaman Fövqəladə Hallar Nazirliyi avtomatik olaraq xəbərdar edilir və siz əhalinin evakuasiyasını vaxtında təşkil edə bilərsiniz", - deyə Jeleznyov bildirib.
Eyni zamanda, o dəqiqləşdirib ki, Rusiyada astroiqlim çox pis olduğundan, tez-tez yağan yağışlar və buludlar səbəbindən aşkarlama stansiyaları ya başqa bir dövlətdə tikilməli, ya da orbitdə səma sektorlarının böyük bir hissəsini əhatə edən teleskoplardan ibarət qrup yaradılmalıdır.
"Rusiya Elmlər Akademiyasının Tətbiqi Astronomiya İnstitutunun böyük elmi işçisinin fikrincə, Yer kürəsini təhlükəli asteroidlərdən qorumaq üçün ən təsirli vasitə, belə obyektlərin təhlükəli trayektoriyadan kənara çıxmasıdır. Lakin bu metodun tətbiqi həddən çox bilik tələb edir və baha başa gəlir. Ona görə də onu yalnız bütün dünya ölkələrinin siyasi iradəsi ilə təşkil etmək olar", - alim əlavə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.