BAKI, 18 iyul — Sputnik. Qazaxıstan Türkiyədən 800-dən çox zirehli transportyor almaq niyyətindədir. Bu barədə Qazaxıstan mediası məlumat yayıb.
Məlumata görə, Qazaxıstan zirehli transportyor alınması proqramı çərçivəsində Türkiyədən 800-dən çox ARMA 8X8 zirehli maşını almağı planlaşdırır. Mümkün sövdələşmənin dəyəri təxminən 4.5 milyard dollardır. Bununla belə, ekspertlər hesab edirlər ki, Qazaxıstanın yerli istehsalı olan "Barys" döyüş maşını bu transportyorlardan ən azı 40 faiz, hətta daha ucuzdur.
Qeyd edək ki, Qazaxıstanda "8x8" təkər düzümü olan "Barys" transportyoru Astanada Paramount Engineering zavodunda istehsal olunur.
Zirehli transportyorun alınması ilə bağlı məlumat Türkiyə quru qoşunlarının komandanı, ordu generalı Musa Avseverin Qazaxıstana səfəri fonunda ortaya çıxıb. O, qazaxıstanlı həmkarı general-leytenant Talqat Koybakovla birgə təlimlərin keçirilməsi imkanları ilə yanaşı, həm də hərbi əməkdaşlığı müzakirə edəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.