Azərbaycan-Ermənistan sərhədində vəziyyət

Ordumuzun Laçın və Naxçıvandakı mövqeləri atəşə tutulub

Ordumuzun bölmələri tərəfindən cavab tədbirləri görülüb.
Sputnik
BAKI, 18 iyul - Sputnik. İyulun 17-si saat 21:25-dən iyulun 18-i saat 00:15-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus və Dəvəli rayonları istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonunun Malıbəy yaşayış məntəqəsi və Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.
Bu barədə Müdafiə nazirliyindən məlumat verilib.
Ordumuzun bölmələri tərəfindən cavab tədbirləri görülüb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Azərbaycan-Ermənistan sərhədində vəziyyət
Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub