ELM

"Mazda" şirkəti ilk elektrik avtomobilini təqdim etməyə hazırlaşır

Yaponiyanın "Panasonic" şirkəti "Mazda Motor"un elektrik avtomobilləri üçün akkumulyatorların tədarükünə başlaya biləcəyini açıqlayıb.
Sputnik
BAKI, 18 iyul — Sputnik. Yaponiyanın aparıcı avtomobil istehsalçılarından biri olan Mazda Motor 2027-ci ildə ilk elektrik avtomobilini buraxmağı planlaşdırır. Konsernin baş icraçı direktoru Masahiro Moro bu barədə Yaponiya mətbuatına müsahibəsində bildirib.
Onun sözlərinə görə, artıq 2028-ci ildən etibarən şirkət elektromobillərin istehsalını əhəmiyyətli dərəcədə genişləndirmək, eləcə də elektromobillər üçün yüksək keyfiyyətə nəzarət sistemlərinin inkişafını sürətləndirmək niyyətindədir.
Qeyd edək ki, keçən ay Yaponiyanın "Panasonic" şirkəti "Mazda Motor"un elektrik avtomobilləri üçün akkumulyatorların tədarükünə başlaya biləcəyini açıqlayıb. "Panasonic Energy"nin silindrik litium-ion akkumulyatorlarının Yaponiya və Şimali Amerikadakı fabriklərdə istehsal ediləcəyi gözlənilir.
"Mazda" avtomobili, arxiv
Əgər razılıq əldə olunarsa, bu, "Panasonic" və "Mazda Motor"un ikinci əməkdaşlığı olacaq. Belə ki, 2012-ci ildə avtomobil istehsalçısı digər bazarlarda "Mazda 2" kimi tanınan "Demio" subkompakt minik avtomobilinin elektrikləşdirilmiş versiyasında "Panasonic" akkumulyatorlarından istifadə edib. Bu modelin sınaq istehsalı çərçivəsində 100 elektrikli avtomobili istehsal edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.