BAKI, 18 iyul — Sputnik. Çin mülki obyektlərə və infrastruktura zərbələrin endirilməsindən qaçmağa çağırıb. Bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Nin çərşənbə axşamı keçirdiyi brifinqdə Krım körpüsündə törədilən terror aktını şərh edərkən deyib.
Rusiya Milli Antiterror Komitəsi bildirib ki, Kiyev iyulun 17-si, bazar ertəsi səhər saat 3-də iki yerüstü pilotsuz uçuş aparatından istifadə etməklə Krım körpüsündə terror aktı həyata keçirib. Nəticədə iki nəfər həlak olub, bir nəfər isə yaralanıb yaralanıb.
"Çinin Ukrayna böhranı ilə bağlı mövqeyi həmişə aydın olub, ümid edirik ki, bütün tərəflər böhranın siyasi yolla həlli üçün səy göstərəcək və vəziyyətin yumşaldılmasına kömək etmək üçün birgə çalışacaqlar", - diplomat bildirib.
Mao Nin vurğulayıb ki, münaqişə tərəfləri mülki obyektlərə və mülki infrastruktura hücumdan çəkinməli, mülki şəxslərin təhlükəsizliyini təmin etməli və beynəlxalq humanitar hüquqa hörmətlə yanaşmalıdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.