PAYTAXT XƏBƏRLƏRİ

Bakıdakı qanunsuz obyektlər yerlə yeksan edilib

Bakıda, Xəzər rayonunda, Buzovna və Qala qəsəbələrində, Təmanis yaşayış massivində və "Hövsan südçülük sovxozu" adlanan ərazidə icazə sənədi olmadan tikilən obyektlər aşkarlanıb.
Sputnik
BAKI, 18 iyul — Sputnik. Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən respublika ərazisində qanunsuz tikintilərlə bağlı birgə tədbirlərin həyata keçirilməsi davam etdirilir.
FHN-dən bildirilib ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsinin Nizami küçəsində və Təmanis yaşayış massivində, həmçinin Qala qəsəbəsi, "Hövsan südçülük sovxozu" adlanan ərazidə heç bir icazəverici sənəd olmadan qanunsuz tikinti işlərinin aparılması faktları aşkar edilib.
FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində qanunsuz tikinti işləri dayandırılıb və obyektlər sökülüb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.